Azərreyl Uraloçkanı məğlub etdi
25 dekabr 2013 00:44
Bakıda toplanışda olan Yekaterinburq “Uraloçka”sı Azərbaycan voleybol mərkəzində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiya təmsilçisinin rəqibi “Azerreyl” olub.
Aleksandr Çervyakovun yetirmələri Rusiya klubu üzərində 2:1 hesabı ilə qələbə qazanıblar. Klublar arasında qonaqların Bakıya gəlişini nəzərə alaraq, əvvəlcədən üç partiyadan ibarət görüşün keçirilməsi razılaşdırılıb.
Qeyd etmək lazımdır ki, “Uraloçka” ilə Azərbaycan yığması da bir neçə görüş keçirəcək. Bu oyunlar yığmamızın DÇ-nin təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Təsnifat mərhələsinin oyunları 2014-cü il yanvarın 3-5-i aralığında keçiriləcək.