Yığmamız Serbiyaya da qalib gəlib, DÇ-yə vəsiqə qazandı
5 yanvar 2014 21:30

Qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsinin J qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün son turun oyunları keçirilib.
Əvvəlcə meydana ilk iki turda məğlub olan İsrail və Estoniya milliləri çıxıb. Oyun isriallıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha sonra isə ilk iki turun qalibləri - Azərbaycan və Serbiya qarşılaşıb. Bu oyunun qalibi dünya çempionatına vəsiqə qazanacaqdı. Millimiz serblərdən set fərqinə görə geri qaldığından, bu gün qələbə qazanmağa məcbur idi. İlk setdə yenilən Faiq Qarayevin yetirmələri ardınca bərabərliyi təmin edib. Üçüncü setdə məğlub olan qızlarımız yenidən bərabərliyi təmin edib. Belədə cütün taleyi "tay-brek"də həll olunub. Bu zaman 18:16 hesablı qələbə qazanan yığmamız dünya çempionatına vəsiqə əldə edib.
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.
Voleybol
Seçmə mərhələ
J qrupu
5 yanvar
İsrail - Esoniya - 3:0 (25:21, 25:20, 25:18)
Azərbaycan - Serbiya - 3:2 (19:25, 25:18, 18:25, 25:16, 18:16)
1. Azərbaycan
|
3
|
3
|
0
|
9-3
|
274-200
|
9
|
2. Serbiya
|
3
|
2
|
1
|
8-3
|
250-200
|
6
|
3. İsrail
|
3
|
1
|
2
|
1-6
|
192-228
|
3
|
4. Estoniya
|
3
|
0
|
3
|
0-6
|
162-225
|
0
|