Yığmamızın oyunçuları ailə qurdu
30 aprel 2014 14:00

Ötən gün voleybol üzrə qadın millimizin üzvü Adina Əliyeva ilə kişilərdən ibarət yığmamızın üzvü Vüqar Bayramov ailə həyatı qurublar. Azerisport.az xəbər verir ki, Bakıdakı şadlıq evlərindən birində təşkil edilən toy mərasimində voleybol klublarımızın, yığmalarımızın, eləcə də federasiya rəsmilərinin də daxil olduğu çoxlu sayda qonaq iştirak edib.