Azərbaycan klublarının ÇL-dəki rəqibləri müyyənləşdi
28 iyun 2014 00:56

Vyanada voleybol üzrə Çempionlar Liqasının 2014/15 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, yeni mövsümdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Rabitə" və "Azəryol" klubları da rəqiblərini tanıyıblar.
"Rabitə" A qrupunda Rusiyanın "Dinamo" (Kazan), Polşanın "Çernik" və Çexiyanın "Agel" klubları ilə mübarizə aparmalı olacaq.
"Azəryol" isə B qrupunda Türkiyənin "Fənərbağça", Fransanın "Nant" və Rumıniyanın "Stintya" klublarına rəqib olub.
Növbəti mərhələyə hər qrupun iki ən yaxşısı, eləcə də iki ən yaxşı üçüncü yerin sahibi yüksələcək. Qrup mərhələsi noyabrın 11-də start götürəcək, 2015-ci ilin 28 yanvarında tamamlanacaq.