Azərbaycan Çinə uduzdu
24 sentyabr 2014 15:00

İtaliyada keçirilən voleybol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu gün DÇ-nin qrup mərhələsində ikinci matçına çıxıb.
Komandamızın rəqibi Çin voleybolçuları idi. İlk oyununda qələbə qazanan yığmamız bu uğurun davamını gətirə bilməyib və Çinə məğlub olub.
Dünya Çempionatı
D qrupu
24 sentyabr
Çin - Azərbaycan 0:3 (13:25, 16:25, 17:25)
Bu gün D qrupunda daha iki oyun baş tutacaq:
20:00. Belçika - Yaponiya
23:00. Puetro Riko - Kuba
Xatırladaq ki, ilk turda Azərbaycan yığması Yaponiyaya qalib gəlib (3:2), Çin isə Puerto Rikanı üstələyib - 3:0. Kuba da Belçikaya uduzub - 0:3.