Azərbaycan Kubaya qalib gəldi
28 sentyabr 2014 16:04

İtaliyada təşkil olunun voleybol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, dünya birinciliyində mübarizə aparan Azərbaycan yığması bu gün qrup çərçivəsində son matçına çıxdı.
Millimizin rəqibi Kuba voleybolçuları idi.
Dünya çempionatı
D qrupu
28 sentyabr
Azərbaycan - Kuba - 3:1 (25:20, 25:27, 25:20, 25:22)
Xatırladaq ki, Azərbaycan millisi bundan öncə Yaponiyaya və Puerto-Rikoya 3:2 hesabıyla qalib gəlib, Çinə və Belçikaya 0:3 hesabıyla uduzb.
Qrupdakı vəziyyət: Çin - 12 xal (12-0), Yaponiya - 10 (11-4), Azərbaycan - 7 (9-11), Belçika - 6 (7-6), Puerto-Riko - 4 (5-9), Kuba - 0 (1-15).