Azərbaycan yığması Faiq Qarayevə tapşırıldı
30 iyun 2015 16:30

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi baş verib. Azerisport.az xəbər verir ki, Avropa Liqasında uğur qazana bilməyən Aleksandr Çervyakov istefaya göndərilib.
Əvəzində millimiz Faiq Qarayevə tapşırılıb. Təcrübəli mütəxəssis əvvəllər də Azərbaycan yığmasının baş məşqçisi kimi çalışıb.