Azərbaycan ilk sınağında məğlubiyyətlə üzləşdi
27 sentyabr 2015 13:40

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatında ilk matçına çıxb. Azerisport.az xəbər verir ki, millimiz Antverpendə baş tutan görüşdə Türkiyə yığması ilə qarşılaşıb.
Faiq Qarayevin komandası startda məğlubiyyətlə üzləşib - 0:3 (21:25, 26:28, 13:25).
Qeyd edək ki, voleybolçularımız ikinci sınağında bu gün Belçika ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.