Azərbaycan dünya çempionatında ilk medalını qazandı (FOTO)
25 iyul 2010 14:59

Belarusun Brest şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti azerisport.az saytına məlumat verib ki, oğlanlar arasında 1 nəfərlik qayıqda (BM1X) çıxış edən Aleksandr Aleksandrov gümüş medal qazanıb.
Final yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 13,11 saniyəyə qət edən Aleksandrov yalnız Almaniya təmsilçisi Karl Şultsedən geri qalıb. Bürünc medalı isə 7 dəqiqə 20,54 saniyə nəticə ilə Stergios Papaxristos (Yunanıstan) qazanıb.
Bununla da Azərbaycan akademik avarçəkmə növündə mötəbər yarışlarda ilk medalını əldə edib.
Milli komandamıza daha bir medalı isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda (BLM2X) çıxış edən Cavid Əfəndiyev - İqor Xmara dueti qazandıra bilər. Azərbaycanlı cütlük Bakı vaxtı ilə saat 15:24-də final yürüşünə çıxacaq.