Rusiya millisi Azərbaycanda hazırlaşacaq
9 yanvar 2011 13:37
Mingəçevir şəhərində yenicə istifadəyə verilmiş “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində xarici ölkələrdən ilk təlim-məşq toplanışını Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası keçirəcək. Azerisport.az xəbər verir ki, qonşu ölkə yığması ölkəmizə yanvarın 11-də gələcək.
Nümayəndə heyətinin tərkibi 11 nəfərdən ibarət olacaq. Onlardan 7-si idmançı, qalanları isə məşqçi və texniki personaldan ibarətdir. Rusiya avarçəkənlərinin hazırlıq prosesi 3 həftəyədək davam edəcək.