Fotoreportaj|Video|На русском

Su idman növləri

Azərbaycan dünya kubokunda qızıl medala sevindi

8 may 2011 12:32
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsində Azərbaycan yığması ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Kanoeçi cütlüyümüz bu məsafəni 3 dəqiqə 49,207 saniyəyə qət edib. 1000 metr - olimpiya məsafəsi sayıldığından, Bezuqlıy – Prokopenko duetinin bu nailiyyətinin əhəmiyyəti daha da artır. Belə ki, Poznandakı yarış həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlıq məqsədi daşıyır. Dünya çempionatı isə 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçiriləcək. Dünya Kubokunun birinci mərhələsində qızıl medal qazanmaqla, Bezuqlıy – Prokopenko dueti olimpiya lisenziyalı dünya çempionatı öncəsi yüksək hazırlıq səviyyəsini nümayiş etdirib. Bu duet 500 metr və 200 metr məsafələrə yürüşlərdə də medal qazana bilər. Onlar 200 metr məsafəyə mayın 8-də Bakı vaxtı ilə saat 13:41-də, 500 metrlik məsafəyə isə saat 16:32-də final yürüşünə çıxacaqlar.
 
1 nəfərlik kanoe qayığında (C-1) çıxış edən təmsilçilərimizdən Valentin Demyanenko və Andrey Kraytor Azərbaycan tarixində ilk dəfə eyni məsafəyə yürüşdə əsas finala yüksəliblər. Onlar mayın 8-də Bakı vaxtı ilə saat 16:15-də 500 metr məsafəyə final yürüşündə mübarizə aparacaqlar. Demyanenko dünya və Avropa çempionu olduğu 200 metr məsafəyə C-1 kateqoriyalı qayıqla yürüşdə də əsas finala vəsiqə qazanıb. O, seçmə mərhələdə 43,880 saniyə nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb. Məhz öz yarımqrupunda birinci yeri tutduğu üçün Demyanenko birbaşa əsas finala yüksəlib. Eyni məsafəyə yürüş edən 19 yaşlı Andrey Kraytor isə seşmə mərhələdə 44,082 saniyə nəticə ilə öz yarımqrupunda 4-cü yeri tutub. Kraytor yarımfinal mərhələsində 44,380 saniyə nəticə göstərib və yenə 4-cü yeri tutub. Yarımfinalda ilk “3-lüy”ə düşə bilmədiyindən, o, 200 metr məsafəyə yürüşdə əsas finala yüksələ bilməyib. Kraytor mayın 8-də Bakı vaxtı ilə saat 12:38-də B finalında (10 – 18-ci yerlər) iştirak edəcək.   
 
1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edən 2 kanoeçimizdən Adnan Əliyev seçmə mərhələdəcə mübarizəni dayandırıb. Boqdan Kurudz isə B finalında 4 dəqiqə 44,440 saniyə nəticə ilə 8-ci, ümumi hesabda isə 17-ci yeri tutub. Əliyevlə Kurudz mayın 8-də Bakı vaxtı ilə saat 18:45-də 5000 metr məsafəyə final yürüşündə iştirak edəcəklər.
 
Beləliklə, kanoeçilərimizdən C-1 kateqoriyalı qayıqla Valentin Demyanenkonun 500 metr və 200 metr, Andrey Kraytorun 500 metr, Adnan Əliyev və Boqdan Kurudzun 5000 metr, C-2 kateqoriyalı qayıqda isə Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin 500 metr və 200 metr məsafələrə yürüşlərdə medal qazanmaq imkanı var. 
 
Kayakçılarımıza gəldikdə, Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunun I mərhələsində çıxış edən Mirnazim Cavadov, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti və ilk qadın təmsilçimiz Natalya Fiklisova medal şanslarını itiriblər. Fiklisova 500 metr və 200 metr məsafələrə 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə öz yarımqrupunda 8-ci yeri tutaraq, mübarizəni dayandırıb.
 
Kişilərin yarışında K-1 kateqoriyalı qayıqla mübarizə aparan Mirnazim Cavadov 500 metr məsafəyə seçmə mərhələ və yarımfinal yürüşlərində 6-cı yeri tutduğundan, mayın 8-də Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək B finalına (10 – 18-ci yerlər) çıxıb. 200 metr məsafəyə yürüşdə isə Cavadov seçmə mərhələdə 8-ci, yarımfinalda 9-cu olaraq, mübarizəni dayandırıb. 
 
2 nəfərlik kayak qayığı (K-2) ilə 500 metr məsafəyə seçmə mərhələ yürüşündə Rüfət Vəlizadə – Tamerlan Mustafayev dueti seçmə mərhələdə 5-ci, yarımfinalda 7-ci yeri tutub. Vəlizadə – Mustafayev dueti mayın 8-də Bakı vaxtı ilə saat 16:10-da keçiriləcək B finalında çıxış edəcək. Onların C-2 kateqoriyalı qayıqla 200 metr məsafəyə yürüşdə də iştirakı nəzərdə tutulurdu. Lakin kayakçılarımız mübarizəyə qatılmayıblar.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah