Avarçəkənlərimiz Dünya Kubokunun 1-ci mərhələsində
26 may 2011 14:18

Mayın 27-də Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək.
Onların arasında qadın təmsilçimiz də olacaq. Bu, 1 nəfərlik qayıqla (ASW 1X) 2000 metr məsafəyə yürüşə qatılacaq Natalya Mustafayevadır. Kişilərin yarışında isə 3 idmançınız çıxış edəcək. Yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), gənclər arasında 2010-cu il dünya çempionatının finalçıları Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla (LM 2X) 2000 metr məsafəyə yürüş edəcəklər.
Dünya Kubokunun I mərhələsində 46 ölkədən 779 akademik avarçəkən 357 qayıqda mübarizə aparacaq. Yarış 3 gün davam edəcək.