Azərbaycan dünya birinciliyində bir idmançı ilə təmsil olunacaq
7 iyul 2011 18:55

İyulun 8-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək nüfuzlu turnirə 50-dən çox ölkə qatılacaq.
Dünya Kubokunun sonuncu mərhələsində Azərbaycanı bir idmançı təmsil edəcək. Bu, Nataliya Mustafayevadı. Mustafayeva qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Həmin qayıq tipində 25 avarçəkən çıxış edəcək.
Qeyd edək ki, Nataliya Mustafayeva 17 – 19 iyunda Almaniyanın Hamburq şəhərində təşkil olunmuş Dünya Kubokunun II mərhələsində əsas finaladək irəliləməyi bacarıb. Həlledici yürüşdə isə o, 6-cı yeri tutub. 27 – 29 mayda Almaniyanın Hamburq şəhərində baş tutmuş Dünya Kubokunun I mərhələsində isə Mustafayeva 11-ci yerlə kifayətlənib.