Azərbaycan DÇ-nin yarımfinalında
22 iyul 2011 13:49

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan milli komandasının üzvləri ilkin mərhələdə uğurla çıxış ediblər. Azerisport.az xəbər verir ki, təmsiçilərimizdən qadınların yarışında 1 nəfərlik qayıqla (BW1X) mübarizə aparan İskra Angelova və kişilər arasında 1 nəfərlik qayıqla (BM1X) qüvvəsini sınayan ötənilki dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov seçmə mərhələni birinci pillədə başa vurublar.
Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) yürüşdə ikinci, Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə 3-cü yeri tutublar.
Angelova seçmə mərhələdə Litva, Ukrayna, İrlandiya, Hollandiya və Danimarka avarçəkənlərini geridə qoyub. Onun üstələdiyi rəqiblərdən biri ötənilki dünya çempionu Donata Vistartayte (Litva) olub. 2000 metr məsafəni 8 dəqiqə 8,90 saniyəyə qət edən Angelova elə Vistartayte ilə birgə birbaşa yarımfinal mərhələsinə yüksəlib. Bu isə o deməkdir ki, qadın avarçəkənimiz dünya çempionatında ilk 12 pillədəki yerini təmin edib.
Aleksandrovun rəqibləri Macarıstan, İsrail və İsveç avarçəkənləri olub. Finişə 7 dəqiqə 34,90 saniyəyə çatan 21 yaşlı avarçəkənimiz ¼ finala yüksəlib.
Məmmədov yalnız Yunanıstan təmsilçisi Panagiotis Maqdanisdən geri qalaraq, seçmə mərhələni 7 dəqiqə 49,23 saniyə nəticə ilə ikinci pillədə tamamlayıb. O, İtaliya və Filippin avarçəkənlərini üstələyib. Avarçəkənimiz ¼ finala vəsiqə qazanıb.
Qlotov – Mirzəyev dueti isə finişə 7 dəqiqə 14,01 saniyəyə 3-cü yerdə çatıb. İlk pilləni tutan polşalı duet birbaşa yarımfinala yüksəlib. Azərbaycanlı cütlük isə ABŞ, Xorvatiya, Rusiya və Litva təmsilçiləri ilə birgə təsəlliverici yürüşə qatılacaq.
İyulun 22-də 4 avarçəkənimiz start xəttinə çıxacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 13:18-də Kamal Məmmədov ¼ final yürüşünə qatılacaq. Onun rəqibləri Hakbeom Li (Cənubi Koreya), Kilian Mentsl (Avstriya), Sid Budina (Əlcəzair), Vedran Radoniç (Xorvatiya) və Yerom Völke (İsveçrə) olacaq. İlk 3 pillənin sahibləri medallar uğrunda mübarizəni davam etdirməyə imkan verən əsas yarımfinal yürüşlərinə vəsiqə qazanacaqlar. Sonrakı yerləri tutanlar isə 13 – 26-cı yerlər uğrunda yarışacaqlar.
Saat 13:42-də Aleksandr Qlotov – Fuad Mirzəyev dueti təsəlliverici yürüşdə mübarizə aparacaq. Onların rəqibləri Remo Lanzoni, İvan Karino (Argentina), Anton Braun – Bastian Bexler (Almaniya), Arnold Sanqlepp – Ronald Vaeli (Estoniya) və Yohen Alixnoviç – İqor Paşeviç (Belarus) cütlükləri olacaq. İlk 2 yerin sahibləri əsas yarımfinal mərhələsinə çıxacaq, sonrakı yerləri tutanlar 13 – 21-ci yerlər uğrunda yarışacaqlar.
Saat 14:42-də isə Aleksandr Aleksandrov ¼ final yürüşünə qatılacaq. Onun rəqibləri Mixovil Kotoras (Xorvatiya), Stefan Koks (Zimbabve), Georgi Bojilov (Bolqarıstan), Rolandas Masçinkas (Litva) və Vladislav Yakovlev (Qazaxıstan) olacaq. İlk 3 pillənin sahibləri əsas yarımfinala yüksələcəklər. Sonrakı yerləri tutanlar isə 13 – 28-ci yerlər uğrunda yarışacaqlar.
İskra Angelova yarımfinal yürüşünə iyulun 23-də çıxacaq. Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.