Fotoreportaj|Video|На русском

Su idman növləri

Kolıbelnikov: Bizim hədəfimiz lisenziya yox, medaldı

19 avqust 2011 03:00
“Dünya çempionatında bizim əsas hədəfimiz lisenziya yox, medal qazanmaqdı”. Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov deyib.
 
Macarıstanın Seqed şəhərində davam edən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında avqustun 18-də kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə seçmə mərhələdə 2-ci yeri tutub. Bu nəticə ilə azərbaycanlı cütlük avqustun 19-da keçiriləcək əsas finala vəsiqə qazanıb. Adnan Əliyev isə 1 nəfərlik qayıqla yarımfinal yürüşündə 3-cü yeri tutub. Onun əsas finala çıxmasına cəmi 0,960 saniyəsi çatmayıb. Bununla da Əliyev London olimpiadasına lisenziya verən ilk 7-liyə düşmə şanslarını itirib. İndi kanoeçimiz gələn ilin mayında keçiriləcək Avropa təsnifat turnirində sahibini tapacaq cəmi 1 lisenziyaya ümid edə bilər. Kolıbelnikovun fikrincə, bu, o qədər də inandırıcı görünmür: “1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ən güclü kanoeçi almaniyalı Sebastyan Brendel sayılır. Amma o, seçmə yürüşdə avarını sındırdığı üçün mübarizədən kənarda qaldı. Təbii ki, Brendel gələn il baş tutacaq Avropa təsnifat turnirinin əsas favoriti olacaq. Bu səbəbdən, cəmi 1 lisenziyanı əldə etmək Adnan Əliyev üçün çətin olacaq”.
 
Əliyevin finala yüksəlmək üçün cəmi 0,960 saniyəsinin çatmamasına təəssüflənən baş məşqçi yarımfinal yürüşündə kanoeçimizin səhvə yol verdiyini də vurğulayıb. Onun sözlərinə görə, idmançımızın təkanlardan 2-sini düzgün yerinə yetirməməsi yekun nəticəyə də təsirsiz ötüşməyib. Bununla belə, Kolıbelnikov Adnan Əliyevin 1000 metr məsafəyə yürüşdə yoxlama yürüşlərində göstərdiyi 4 dəqiqədən az – 3 dəqiqə 55,997 saniyə nəticə göstərməsini gözlənilməz qarşılayıb. O, istənilən halda Əliyevin dünyanın ən güclü 15 kanoeçisi arasında olduğunu da vurğulayıb.
 
Dünya çempionatında 5 kanoeçi və 3 kayakçımız çıxış etsə də, olimpiadaya lisenziya uğrunda 6 yürüş xüsusi əhəmiyyət kəsb edirdi. Adnan Əliyevin şanslarını itirməsindən sonra cəmi 5 lisenziyaya ümid etmək olar. Kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə ilk “7-liy”ə, kayakçılarımızdan Natalya Fiklisova 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə ilk “8-liy”ə, Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk “6-lığ”a düşməyi bacarmalıdır. Kolıbelnikov hesab edir ki, Demyanenko və Bezuqlıy – Prokopenko duetinin lisenziya qazanmaları realdır. Onlar təkcə lisenziyaya yox, medallara can atmalıdır. Baş məşqçi digər təmsilçilərimizin lisenziya üçün əzmlə yarışacaqlarına ümid etdiyini diqqətə çatdırıb.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah