Fotoreportaj|Video|На русском

Su idman növləri

Maksim Prokopenko: Bu, Azərbaycan üçün böyük önəm kəsb edirdi

24 avqust 2011 11:50
Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın kanoe üzrə milli komandası 2008-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandı. Azerisport.az xəbər verir ki, ilk lisenziyaya avqustun 20-də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti sahib oldu. Onlar 1000 metr məsafəyə yürüşdə gümüş medalla bu vəzifənin öhdəsindən gəldilər. Ardından Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə dünya çempionu kimi London olimpiadasına vəsiqəyə yiyələndi. Millimiz isə dünya çempionatını 1 qızıl, 3 gümüş medalla başa vurdu. Ölkə tarixində kanoe üzrə ilk olimpiya lisenziyasının sahiblərindən biri – Maksim Prokopenko Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində keçirdiyi hissləri anladıb, London olimpiadasına hazırlıq barədə fikirlərini bildirib:
 
- Dünya çempionatında Sergey Bezuqlıy ilə duet şəklində 2 gümüş medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Hansı hissləri keçirirsiniz?
- Yalnız xoş hisslər keçirirəm. Dünya çempionatı bizim üçün uğurlu alındı. Çempionata hazırlığımız çətin keçmişdi. Bilirdik ki, qarşımızda böyük hədəf durur. Lisenziya qazanmaq federasiya, dövlət üçün böyük önəm kəsb edirdi. Buna görə də həyəcan keçirirdik. İstəyimizə nail olduq, lisenziya qazandıq. Bundan əlavə, çıxış etdiyimiz həm 500 metr, həm də 1000 metr məsafələrdə 2 gümüş medal qazanmağımız da bizi çox sevindirir. Hesab edirəm ki, tapşırıq maksimum yerinə yetirilib.
 
- İki il öncə Kanadanın Dartmut şəhərində iştirak etdiyiniz dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanmışdınız. İndi isə 2 gümüş medala sahib oldunuz. Bundan daha artığını əldə etmək istəmirdiniz?
- 2 il əvvəl 500 metr də olimpiya məsafəsi sayılırdı. Ona görə də həm 500 metr, həm də 1000 metr məsafələrə yürüşlərə ölkələr ən güclü heyətlə qatılırdılar. İndi isə 500 metrlik yürüşdə heç də ən güclülər iştirak etmirlər. Çünki onlar əsas diqqəti 1000 metrlik məsafəyə yönəldirlər. Biz öz çıxışımızdan razıyıq. Çünki dünya çempionatına bütün dünya hazırlaşır, amma medalları 3 ölkə qazanır. Fikrimcə, normal çıxış etdik.
 
- Son yarışlarda yüksək yerlər uğrunda daha çox rumıniyalı Viktor Mixalaki – Alexandru Dumitresku dueti ilə rəqabət aparırsınız. Onları ötmək heç də hər zaman sizə qismət olmur. Bu, nə ilə əlaqədardır?
- Ötən ilki mövsüm boyu onları, demək olar ki, məğlub etdik. Bu il isə Avropa çempionatında pik nöqtəyə çatmağımıza gərək yox idi. Əsas yarış dünya çempionatı idi. Burada da olimpiya məsafəsində biz ikinci, rumıniyalı duet üçüncü oldu. Ona görə də Mixalaki – Dumitresku duetinin bizdən üstün olduğunu demək olmaz.
 
- Avropa çempionu olsanız da, dünya çempionluğu sizə qismət olmayıb...
- İstənilən idmançı dünya çempionluğuna can atır. Hələ ki gümüş mükafatçıyam. Dünya çempionu olduqdan sonra keçirəcəyim hissləri anlatacağam.   
 
- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 500 metrlik məsafəyə yürüşdə iştirak edərək, 8-ci yeri tutmuşdunuz. 2012-ci il London olimpiadasında 1000 metrlik yürüşdə mükafatçılar sırasına düşəcəyinizə söz verirsiniz?
- Bir ildən sonra nə olacağını indidən demək olmaz. İkinci yerin sahibi kimi lisenziya qazanmaq hələ heç nə demək deyil. Bizim kimi, daha 6 duet London olimpiadasına vəsiqə qazanıb. Belaruslu Andrey və Aleksandr Baqdanoviç qardaşları Pekin olimpiadasına lisenziyanı elə yarış öncəsi Avropa təsnifat turnirində qazanmışdılar. Amma olimpiya çempionu oldular. Olimpiada budur. Nə demək olar? Qoy başlasın, biz də nəyə qadir olduğumuzu göstərək. Hamı kimi biz də hazırlaşacağıq. Ötənilki dünya çempionatında 1000 metrlik yürüşdə 5-ci olmuşduqsa, bu il 2-ci yeri tutduq. Bəlkə gələn il yenə 5-ci oluruq?
 
- London olimpiadasına hazırlığınız necə olacaq?
- Hələ hazırlıq planı tərtib olunmayıb. Fikrimcə, payızda bu məsələyə aydınlıq gələcək. Baş məşqçimiz Aleksandr Kolıbelnikov indidən də gələn il üçün hazırlıq planı təqdim edə bilər. Amma düşünmürəm ki, bu il olduğu kimi, planda dəyişiklik baş versin. Ötən il yüksək dağlıq şəraitdə hazırlıq keçmişdik. Bu il isə planı dəyişdik. Çünki dağlıq şəraitdəki hazırlıqla dünya çempionatında elə də yüksək nəticə göstərə bilməmişdik. Ona görə də bu il düzənlik şəraitdə qalmağa qərar verdik. Gələn ilin hazırlıqları barədə isə bir söz deyə bilmərəm.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah