Fotoreportaj|Video|На русском

Su idman növləri

“Olimpiya lisenziyasına doğru ilk addımı Azərbaycana yaşamağa gələrkən atdım”

12 sentyabr 2011 13:54
28 avqust – 4 sentyabrda Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 7-ci yeri tutmuş Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ilk azərbaycanlı qadın avarçəkən oldu. Azerisport.az xəbər verir ki, o, eyni zamanda ölkəmizin London olimpiadasına vəsiqə əldə edən 3-cü xanım idmançısıdı. Mustafayeva dünya çempionatında əsas finala yüksələ bilməsə də, B finalında rəqiblərini böyük fərqlə qabaqlayaraq, olimpiya lisenziyasını təmin edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmi saytına müsahibəsində Nataliya Mustafayeva son dünya çempionatı barədə təəssüratlarını bölüşüb: 
 
- İlk növbədə, böyük məmnunluq hissləri keçirirəm. Amma hansısa böyük emosiyaların olduğunu deməzdim. Fikrimcə, medal qazansaydım, bax, onda emosiyalarımın həddi-hüdudu olmazdı. Hələliksə, məmnunluq hər şeyi düzgün etməyimiz, qarşıya qoyulan məqsədlərə doğru addım-addım getməyimizlə bağlıdır. Bu, borcun yerinə yetirilməsi hissidir.
 
- Dünya çempionatı necə keçdi?
- İlk növbədə, yarışın çox gözəl məkanda təşkil olunduğunu qeyd edərdim. Bu amil böyük qüvvə və müsbət emosiyalar bəxş edirdi. Bildiyiniz kimi, dünya çempionatında 4 yürüşüm oldu. Onların 2-də yarım qüvvə ilə çıxış etdim. Yalnız ona görə ki, növbəti mərhələyə yüksəlim. Həlledici yürüşlər naminə gücümə qənaət etdim. Mənim üçün ən ağırı sonuncu yürüş oldu. Çünki məhz o, olimpiya lisenziyası alıb-almayacağımı həll edirdi.
 
- Bununla belə, son yürüşdə Siz demək olar ki, ilk metrlərdəcə liderliyi ələ keçirdiniz və sonadək əldən vermədiniz?
- Son yürüş boyu vəziyyətə tam nəzarət edirdim. İş ondadır ki, mənim sprinter keyfiyyətlərim digər idmançılarınkından yüksəkdir, amma stayer keyfiyyətlərim zəifdir. Həlledici yürüşün əvvəllərində sprinter keyfiyyətlərimdən yararlandım. Əvvəldən irəliyə atılmaq və sonradan birinci yeri qorumaq istəyirdim. Məsələn, finişə ikinci çatan Rusiya təmsilçisi ilk 500 metrlikdə mənə 2 saniyə uduzurdu. Sonadək bu fərq saxlanıldı. Yəni, yürüş üçün seçilmiş taktika özünü tam doğrultdu.   
 
- Yeri gəlmişkən, akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe saytımıza bildirib ki, olimpiya lisenziyasına doğru ilk addımı Azərbaycan yığmasına keçdiyiniz vaxt atmısınız...
- Mən də belə hesab edirəm. İş ondadır ki, əvvəllər 2 nəfərlik və 4 nəfərlik qayıqlarda çıxış edərkən, 1 nəfərlik qayıqla iştirak təcrübəsinə malik deyildim. Azərbaycanda isə mənə belə imkanı verdilər və bunun üçün bütün lazımi şəraiti yaratdılar. Ona görə də Azərbaycan avarçəkməsinə rəhbərlik edənlər və azarkeşlərin ümidlərini doğrulda bildiyim üçün şadam. Cari mövsümün gedişində hiss edirdim ki, artırıram. Görürdüm ki, inkişaf edirəm. Dünya Kubokunun II və III mərhələlərində finala çıxdım, dünya çempionatında olimpiya lisenziyası qazandım. 1 nəfərlik qayıqla ilk dəfə çıxış etdiyim Dünya Kubokunun I mərhələsində 11-ci yeri tutdum. Sonrakı hər bir reqatada isə daim artırdım. Beləliklə, bu qayıq tipində yarış təcrübəsi topladım. Bütün bunlar yekunda lisenziyanın qazanılmasına gətirib çıxardı. Xüsusilə qeyd etmək istərdim ki, beynəlxalq arenada uğur əldə etmək üçün AMAF tərəfindən mənə bütün lazımi şərait yaradılmışdı. Halbuki əvvəllər avarçəkmə ilə məşğul olduğum illər ərzində heç vaxt belə şəraitim olmamışdı.
 
- Başqa sözlə, siz öncədən də 1 nəfərlik qayıqla çıxış etməyə can atırdınız...
- Azərbaycana yaşamağa gələrkən, mən bu hədəfə çatmağa çalışırdım. Həmişə məhz 1 nəfərlik qayıqla çıxış etməyi daha çox istəmişəm. 11 il atletika ilə məşğul olmuşam və özüm üçün çıxış etməyə öyrəşmişəm. Avarçəkmə ilə məşğul olmağa başlarkən, komanda işində çətinliklər hiss edirdim. Məni 2 nəfərlik və ya 4 nəfərlik qayığa qoyduqları vaxt digər idmançılarla əməkdaşlıq etməyim çətin idi. Çünki həmişə elə gəlir ki, tərəfdaşın səndən az avar çəkir, səndən az qüvvə sərf edir və ya nəyisə lazımi qaydada etmir. Ona görə də heç kimdən asılı olmamaq üçün həmişə təkcə çıxış etmək istəmişəm. Əgər bu, qələbədirsə, deməli, mənim qələbəmdir, məğlubiyyətdirsə, mənim məğlubiyyətimdir. Ekipaj şəklində çıxışlarda isə uğura mane olan çoxlu subyektiv faktor var.
 
- London olimpiadasına hazırlıq üçün hansısa hazırlıq planınız var?
- Müəyyən fikirlər mövcuddur. Xüsusən, Azərbaycan yığmasının baş məşqçisi ilə orta dağlıq ərazidə - 2000 metr hündürlükdə təlim-məşq toplantısı keçirməyi planlaşdırırıq. Elmi cəhətdən sübut olunub ki, dağlarda məşqlərdən sonra düzənlikdə insana böyük qüvvə əlavə olunur, iş qabiliyyəti artır. Bu səbəbdən, London olimpiadası öncəsi gələn il üçün məşq planının tərtib olunduğu vaxt bu məqam nəzərə alınacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah