Mingəçevir Reqatası - 2011 başa çatdı
10 noyabr 2011 19:22

Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011”ə yekun vurulub. Azerisport.az xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində təşkil olunmuş yarışda 5 ölkə mübarizə aparıb.
Azərbaycan idmançıları hər üç növ üzrə mübarizədə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan təmsilçilərini geridə qoyublar. Ən çox medala Tamerlan Mustafayev layiq görülüb. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla həm 18 yaşadək, həm də 23 yaşadək kayakçıların mübarizəsində 1000 metr məsafəyə yürüşdə 2 qızıl, 18 yaşadək kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə 1 qızıl, 200 metr məsafəyə yürüşdə isə bürünc medal qazanıb.
2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 3 kanoeçimiz və 2 akademik avarçəkənimiz də reqataya qatılıb. Kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla həm 500 metr, həm də 200 metr məsafələrə yürüşdə qızıl medala sahib olub. 3 qat dünya və 3 qat Avropa çempionumuz Valentin Demyanenko cəmi 1 medalla kifayətlənib. Onun Nikita Sablinlə təşkil etdiyi duet 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafəyə yürüşlərində Andrey Kraytor hamıdan üstün olub.
23 yaşadək kişi akademik avarçəkənlərin mübarizəsinə qatılan Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla, eləcə də onun Boris Yotovla təşkil etdiyi duet 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərdə qızıl medala yiyələnib. Digər olimpiya lisenziyasının sahibi Nataliya Mustafayeva isə qadınların yarışında 1 nəfərlik qayıqla yürüşdə hamıdan üstün olub.
Akademik avarçəkmə
18 yaşadək (U-18)
Məsafə: 1000 metr
Oğlanlar
1 nəfərlik qayıq (1X)
1. Boris Yotov (Mingəçevir) – 3:42.08
2. Nikoloz Kandelaki (Gürcüstan) – 3:47.54
3. Emin Əliyev (Mingəçevir) – 3:48.74
2 nəfərlik sükansız qayıq (2-)
1. Novruz Əliyev – Bayram Əliyev (Bakı) – 3:38.37
2. Nurlan Mahmudov – Orxan Bayramov (Mingəçevir) – 3:38.78
3. Ülfət İmanzadə - Nurlan Nəbiyev (Mingəçevir) – 4:39.58
23 yaşadək (U-23)
1 nəfərlik qayıq (1X)
1. Aleksandr Aleksandrov (Mingəçevir) – 3:45.88
2. Fuad Mirzəyev (Mingəçevir) – 3:46.94
3. Turnike Sinataşvili (Gürcüstan) – 3:49.94
2 nəfərlik sükansız qayıq (2-)
1. Sergey Babayev – Roman Veselkin (Rusiya) – 3:46.47
2. Aleksey Rıjikov – Andrey Stolyarov (Rusiya) – 3:51.59
3. İqor Borozdinov – Pavel Çeklişkin (Rusiya) – 3:56.15
2 nəfərlik qoşa avarlı qayıq (2X)
1. Aleksandr Aleksandrov – Boris Yotov (Mingəçevir) – 3:39.12
2. Laşa Motiaşvili – Georgi Motiaşvili (Gürcüstan) – 3:53.25
4 nəfərlik qoşa avarlı qayıq (4X)
1. Kamal Xanlarov – Tahir Əfəndiyev – Fərid Saadov – Ülvi Salmanzadə (Mingəçevir) – 3:40.32
2. Ülvi Paşabəyli – Babək Abbasov – Elmin Sadıqov – Elmin Allahverdiyev (Mingəçevir) – 3:46.12
3. Asif Həşimov – Fəxri Əliyev – İsmayıl Əhmədli – Mehdi Hüseynov (Mingəçevir) – 3:52.56
4 nəfərlik sükansız qayıq (4-)
Qarışıq (U-18 + U-23)
1. Danila Boynov – İvan Balandin – Nikolay Balandin – Dmitri Serov (Rusiya) – 3:29.54
2. Nurlan Məmmədov – Orxan Bayramov – Novruz Əliyev – Bayram Əliyev (Mingəçevir) – 3:36.37
1999-2000-ci il təvəllüdlülər
Məsafə: 500 metr
2 nəfərlik qoşa avarlı qayıqlar (2X)
1. Kənan Manidov – Hüseyn Nəbiyev (Mingəçevir) – 2:31.13
2. Rüstəm Məmmədli – Cavidan Əzizli (Mingəçevir) – 2:41.71
3. Ülvi Məmmədli – Məsim Sahibli (Mingəçevir) – 2:57.52
Qızlar
Məsafə: 1000 metr
1 nəfərlik qayıq (W1X)
Qarışıq (U-18 + U-23)
1. Nataliya Mustafayeva (Mingəçevir) – 4:03.92
2. İskra Angelova (Mingəçevir) – 4:14.85
3. Diana Dımçenko (Ukrayna) – 4:15.16
23 yaşadək (U-23)
2 nəfərlik sükansız qayıq (W2-)
1. İskra Angelova – Viktoriya Nençova (Mingəçevir) – 4:01.43
2. Lyubov Staşko – Anna Kontsevaya (Ukrayna) – 4:05.36
3. Oksana Qolub – Anna Qutsalenko (Ukrayna) – 4:08.06
Kanoe
Məsafə: 1000 metr
18 yaşadək (U-18)
1. Aleksey Kupin (Mingəçevir) – 4:54.42
2. Elvin Cəlalov (Mingəçevir) – 6:03.96
3. Nikita Sablin (Mingəçevir) – starta çıxmayıb
23 yaşadək (U-23)
1 nəfərlik qayıq (C-1)
1. Boqdan Kurudz (Mingəçevir) – 4:28.84
2. İqor Kapinus (Ukrayna) – 4:28.20
3. Zaza Nadiradze (Gürcüstan) – 4:46.37
Məsafə: 500 metr
18 yaşadək (U-18)
1 nəfərlik qayıq (C-1)
1. İqor Delistianov (Mingəçevir) – 2:10.58
2. Georgi Çinqaraşvili (Gürcüstan) – 2:18.43
3. İxtiyar Qasımov (Mingəçevir) – 2:30.42
23 yaşadək (U-23)
1 nəfərlik qayıq (C-1)
1. Andrey Kraytor (Mingəçevir) – 2:01.22
2. İqor Kapinus (Ukrayna) – 2:04.06
3. Zaza Nadiradze (Gürcüstan) – 2:07.96
2 nəfərlik qayıq (C-2)
Qarışıq
1. Sergey Bezuqlıy – Maksim Prokopenko (Mingəçevir) – 2:05.73
2. Aleksey Kupin – İqor Delistianov (Mingəçevir) – 2:13.47
3. Georgi Çinqaraşvili – Georgi Şaburaşvili (Gürcüstan) – 2:27.06
Məsafə: 200 metr
18 yaşadək (U-18)
1 nəfərlik qayıq (C-1)
1. Nikita Sablin (Mingəçevir) – 51:10
2. İxtiyar Qasımov (Mingəçevir) – 57:16
3. Ümidvar Bayramov (Mingəçevir) – 1:02.24
23 yaşadək (U-23)
1 nəfərlik qayıq (C-1)
1. Andrey Kraytor (Mingəçevir) - 44.78
2. İqor Kapinus (Ukrayna) – 47.76
3. Zaza Nadiradze (Gürcüstan) – 48.64
Qarışıq
2 nəfərlik qayıq (C-2)
1. Sergey Bezuqlıy – Maksim Prokopenko (Mingəçevir) – 43.51
2. Nikita Sablin – Valentin Demyanenko (Mingəçevir) – 46.01
3. Aleksey Kupin – İqor Delistianov (Mingəçevir) – 47.73
Kayak
Oğlanlar
Məsafə: 1000 metr
1 nəfərlik qayıq (K-1)
18 yaşadək (U-18)
1. Tamerlan Mustafayev (Mingəçevir) – 4:00.00
2. Yasin Əhmədov (Mingəçevir) – 4:02.00
3. Erkan Engin (Türkiyə) – 4:02.10
23 yaşadək (U-23)
1. Tamerlan Mustafayev (Mingəçevir) – 4:04.08
2. Erkan Engin (Türkiyə) – 4:07.52
3. Aleksandr Piçugin (Bakı) – 4:09.45
2 nəfərlik qayıq (K-2)
Məsafə: 1000 metr
18 yaşadək (U-18)
1. Yasin Əhmədov – Amil Hüseynli (Mingəçevir) – 4:08.78
2. Yavuz Bozkurt – Erkan Engin (Türkiyə) – 4:10.91
3. Rəsul Cəfərli – Təbriz Qurbanov (Mingəçevir) – 4:44.65
Məsafə: 500 metr
18 yaşadək (U-18)
1. Tamerlan Mustafayev (Mingəçevir) – 2:05.21
2. Badri Kavelaşvili (Gürcüstan) – 2:06.59
3. Yavuz Bozkurt (Türkiyə) – 2:08.42
2 nəfərlik qayıq (K-2)
1. Vahid Həsənov – Aleksandr Piçugin (Bakı) – 2:58.76
2. Yavuz Bozkurt – Erkan Engin (Türkiyə) – 2:05.24
3. Georgi Martoleki – Georgi Tabatadze (Gürcüstan) – 2:07.82
23 yaşadək (U-23)
2 nəfərlik qayıq (K-2)
1. Mirnazim Cavadov – Rüfət Vəlizadə (Bakı) – 1:58.00
2. Çağrıbəy Yıldırım – Mustafa Gülbahar (Türkiyə) – 1:58.01
3. Elvin Cəfərov – Emin Cəfərov (Mingəçevir) – 2:01.00
Məsafə: 200 metr
18 yaşadək (U-18)
1. Badri Kavelaşvili (Gürcüstan) – 43.20
2. Mustafa Gülbahar (Türkiyə) – 43.58
3. Tamerlan Mustafayev (Mingəçevir) – 44.16
23 yaşadək (U-23)
1 nəfərlik qayıq (K-1)
1. Mirnazim Cavadov (Bakı) – 40.28
2. Mustafa Gülbahar (Türkiyə) – 42.77
3. Emin Cəfərov (Mingəçevir) – 44.77
23 yaşadək (U-23)
2 nəfərlik qayıq (K-2)
1. Yıldırım Çağrıbəy – Mustafa Gülbahar (Türkiyə) – 38.27
2. Mirnazim Cavadov – Tamerlan Mustafayev (Bakı) – 39.84
3. Emin Cəfərov – Elvin Cəfərov (Mingəçevir) – 41.72
Qızlar
Məsafə: 500 metr
18 yaşadək (U-18)
1. Yekaterina Şaburaşvili (Gürcüstan) – 2:17.91
2. Nuriyə Axundova (Bakı) – 2:25.53
3. Gülsüm Qafarova (Bakı) – 2:54.00
Məsafə: 200 metr
1. Nuriyyə Axundova (Bakı) – 57.93
2. Yekaterina Şaburaşvili (Gürcüstan) – 58.99
3. Gülsüm Qafarova (Bakı) – 1:08.08