Azərbaycan çempionatı sabah başa çatacaq
6 mart 2012 14:34
5 mart 2012-ci il tarixindən başlayaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə qış Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, çempionatda Bakı, Sumqayıt, Gəncə, Göyçay şəhər və rayonlarının, o cümlədən Təhsil Respublika idman mərkəzinin, Dövlət bədən tərbiyəsi və İdman akademiyasının, Neftçi İSM-nin, Sərhədçi Olimpiya İdman kompleksinin, Ordu İdman Klubunun, Xətai uşaq gənclər idman məktəbinin komandaları da iştirak edirlər.
Yarışlar hər gün saat 10:00- dan başlayır. Yarışın bağlanış və mükafatlandırma mərasimi sabah – martın 7-də, saat 12:00 da keçiriləcək.