Fotoreportaj|Video|На русском

Su idman növləri

“Onu deyə bilərəm ki, rəqiblərə rahatlıq vəd etmirəm”

13 mart 2012 13:23
2012-ci il London Yay Olimpiya Oyunlarında kanoe növündə 3 dəst medal sahibini tapacaq. Azerisport.az xəbər verir ki, olimpiadada Azərbaycan milli komandasının üzvlərindən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə iştiraklarını artıq təmin ediblər.
 
1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə isə hələlik kanoeçilərimizdən heç kim olimpiya lisenziyası qazana bilməyib. Ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında Adnan Əliyev vəsiqəyə çox yaxın olsa da, əldən verib. Amma növbəti belə şans 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) veriləcək. Bunun üçün təmsilçimiz ən azı 2-ci yeri tutmalıdı. Poznanda çıxış etməyə daha çox Boqdan Kurudzu şanslı saymaq olar. 19 yaşlı kanoeçimiz ötən il Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında yarımfinaladək irəliləməyi bacarıb. Kurudz Bolqarıstanın Belmeken bazasında təlim-məşq toplantısından yenicə qayıdan kanoe yığmamızın tərkibində də yer alıb. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində həm hazırlıq prosesi, həm də Avropa Olimpiya Təsnifatında iştirak imkanları barədə danışıb:   
 
- Təlim-məşq toplanışınız necə keçdi?
- Şəxsən mən hazırlıq prosesindən razı qaldım. Nəzərdə tutulan tapşırıqlar, təlim-məşq proqramı yerinə yetirildi. Orta dağlıq ərazidə xizəklə intensiv məşqlər etdik. Habelə, fiziki keyfiyyətlərimizin inkişafına diqqət ayırdıq.
 
- İndiki hazırlıq durumunuzu necə dəyərləndirirsiniz?
- Ötən ilin yeni mövsümə hazırlıq dövründə “Kür” Olimpiya Mərkəzində cəmi 2 ay məşq etmişdim. Bununla belə, 2011-ci ilin noyabrında keçirilmiş Beynəlxalq Mingəçevir Reqatasında 1000 metr məsafəni 4 dəqiqə 28 saniyəyə qət etdim. Amma ən yaxşı göstəriciyə ötən ilin iyununda Serbiyanın paytaxtı Belqraddakı Avropa çempionatında imza atmışdım. Həmin vaxt finişə 4 dəqiqəyə çatmışdım. Tezliklə Beynəlxalq Prezident Kuboku reqatası keçiriləcək. Fikrimcə, hansı irəliləyişə nail olduğumu məhz qarşıdakı reqatada obyektiv qiymətləndirmək mümkün olacaq. Hazırda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında fiziki, taktiki və texniki keyfiyyətlərimizin təkmilləşdirilməsi üzərində çalışırıq. Məncə, bu proses heç də uğursuz getmir.
 
- Yəqin ki, əsas məqsədiniz 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etməkdən ibarətdir...
- Olimpiadada iştirak hər bir peşəkar idmançının karyerası ərzində əsas məqsədi sayılır. Mən bunu gözəl başa düşür və hədəfimə çatmaq üçün hər gün məşq edirəm. Lakin hazırkı durumda olimpiya lisenziyasını qazanmaq heç də asan olmayacaq. Çünki bir çox məşhur avarçəkən, hətta Avropa və dünya çempionları ötən il bu vəsiqəyə sahib çıxa bilmədilər. Ona görə də mənim kimi onlar da 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında lisenziya uğrunda mübarizə aparmalı olacaqlar. Hazırda şanslarımı dəyərləndirmək çətindir, Lakin bir şeyi deyə bilərəm ki, rəqiblərimə rahatlıq vəd etmirəm və son gücümədək mübarizə aparacağam.
 
- Bəs ötən il Avropa çempionatında iştirak etdiyiniz halda, London olimpiadasına lisenziya xarakterli dünya çempionatına niyə qatıla bilmədiniz?
- Müəyyən obyektiv səbəblərlə əlaqədar dünya çempionatı ərəfəsində Adnan Əliyev daha güclü idi. Ona görə də milli komandamızın məşqçilər heyəti və Azərbaycan Milli Avarçəkmə Federasiyası haqlı olaraq, Əliyevə lisenziya uğrunda mübarizə şansı yaratdılar.
 
- Adnan Əliyev isə çox yaxın olsa da, lisenziya qazana bilmədi...
- Macarıstanda keçirilmiş həmin dünya çempionatı artıq tarixdə qaldı. Qarşıda yeni-yeni reqatalar var. Məhz növbəti yarışlarda nəyisə dəyişməyə çalışmalıyıq.
 
- Avropa Olimpiya Təsnifatında əsas rəqib qismində hansı kanoeçiləri görürsünüz?
- Sebastyan Brendel 1 nömrəli favoritdir. O, son illərdə 2 dəfə Avropa çempionu olub. Ötən ilin qeyri-rəsmi rekordu (3,47 dəqiqə) ona məxsusdur. Sadəcə, dünya çempionatında gözlənilməz hadisə (avarını qırması – red.) ona mane oldu və liderlər sırasına daxil ola bilmədi. Bundan başqa dünya çempionatının gümüş mükafatçısı, fransalı Matyö Qubel, Dünya Kuboku mərhələsinin mükafatçısı, polşalı Tomaş Kaçor, dünya çempionatının mükafatçısı, çexiyalı Lukas Koranda, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının finalçısı Marian Ostrçil də ciddi şanslara malikdir. Yəni, iddiaçıların tərkibi kifayət qədər cəlbedicidir.
 
- Sizcə, kanoeçilərimiz London olimpiadasında medal qazana bilərlərmi?
- Mənim fikrimcə, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti peşəkar inkişaf dövrünün elə bir səviyyəsindədirlər ki, Londonda fəxri kürsünün pillələri uğrunda mübarizə aparmaq iqtidarındadırlar.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah