Fotoreportaj|Video|На русском

Su idman növləri

Prezident Kuboku-2012 reqatası keçiriləcək

15 mart 2012 16:12
Martın 29-da Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku-2012” Reqatası start götürəcək. Azerisport.az xəbər verir ki, aprelin 1-dək davam edəcək yarışa 5 ölkə qatılacaq.
 
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin üst-üstə 150-dək kişi və qadın idmançısı 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında mübarizə aparacaqlar. Ölkəmiz hər üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növündə təmsil olunacaq.
 
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik təkavarlı (2-), 4 nəfərlik qoşa avarlı (4X) və 4 nəfərlik təkavarlı (4-) qayıqlarla mübarizə aparacaqlar. Onlardan 1996-1997-ci il təvəllüdlülər 1500 metr, 1994-1995, 23 yaşadək və yuxarı təvəllüdlülər 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil ediləcək. Hər bir idmançıya yalnız 2 növ qayıqda iştirak üçün icazə veriləcək. 
 
Kanoe və kayak qayıqlarında avarçəkənlər isə 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüş edəcəklər. Kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqla mübarizə aparacaqlar. Bu növlərdə hər bir idmançıya maksimum 3 qayıqla iştirak icazəsi veriləcək. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.
 
Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasını Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası birgə təşkil ecəcək. Bütün mükafatçılar nazirliklə federasiyanın diplom və medalları ilə təltif olunacaqlar.
 
Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatası ilk dəfə 2008-ci il martın sonlarında keçirilib. Həmin yarışı izləyənlər arasında İCF-in o vaxtkı prezidenti Ulrix Feldhoff da olub. Ötən il təşkil olunmuş reqataya isə fəxri qonaqlar qismində İCF-in hazırkı prezidenti Xose Perurena Lopes və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds da qatılıb.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah