Fotoreportaj|Video|На русском

Su idman növləri

Azərbaycanın 20 yaşlı idmançısından möhtəşəm nailiyyət

3 iyun 2012 14:42
İyunun 1-də Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda 4 kanoeçi – Valentin Demyanenko, Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və 5 kayakçı – Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piçugin, Yasin Əhmədov və Amil Hüseynli ilə təmsil olunur.
 
Onların arasında ilk dəfə kayakçımız Mirnazim Cavadov möhtəşəm nailiyyətə imza atıb. Cəmi 20 yaşa malik Cavadov karyerasında ilk dəfə 1 nəfərlik qayıqla (K-1) həm 200 metr, həm də 500 metr məsafəyə yürüşlərdə Dünya Kubokunun əsas finalına yüksəlib. O, 200 metrlik yürüşə digər kayakçımız Tamerlan Mustafayevlə birgə qatılıb. Seçmə yürüşdə Cavadov finişə 40,266 saniyəyə 4-cü, Mustafayev 42,606 saniyəyə 5-ci çatıb. Onların hər ikisi yarımfinala adlayıb. Növbəti mərhələdə Cavadov 40,370 saniyə nəticə ilə 3-cü yeri tutaraq, əsas finala yüksəlib. 41,429 saniyə göstəriciyə malik Mustafayev isə 7-ci olub. Əsas final yürüşü iyunun 3-də Bakı vaxtı ilə saat 13:02-də olacaq. Cavadovun rəqibləri Mürrey Stüart (Avstraliya), Pyotr Simyonovski (Polşa), Sezar de Sezare (Ekvador), Maksim Moloçkov (Rusiya), Egidiyus Balçyunas (Litva), Aleksey Rumyantsev (Latviya), İqnas Navakauskas (Litva), Adam van Kuverden (Kanada) olacaq. Bundan daha tez – saat 12:30-da Mustafayev 10 – 18-ci yerlərdən birini tutmağa imkan verən B finalına qatılacaq.
 
Cavadov 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 48,254 saniyəyə 4-cü, yarımfinal yürüşünü 1 dəqiqə 51,577 saniyə nəticə ilə 3-cü pillədə başa vuraraq, finala çıxıb. Bu məsafəyə həlledici yürüş iyunun 3-də saat 13:51-də olacaq. Kayakçımız start xəttinə Dmitri Yekimov (Rusiya), Viliyam İbrahimov (Özbəkistan), Yost Zakraysek (Sloveniya), Mürrey Stüart (Avstraliya), Yuri Postriqay (Rusiya), Aleksey Moçalov (Özbəkistan), Aleksandr Yemelyanov (Qazaxıstan) və Sören Şüstlə (Almaniya) birgə çıxacaq.
 
Kanoeçilərin mübarizəsində Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr və 1000 metr, Valentin Demyanenko və Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşdə finala yüksəliblər. 200 metr məsafəyə seçmə yürüşdə Demyanenko 43,427 saniyə, Kraytor 43,608 saniyə nəticə ilə 1-ci yeri tutublar. Bu nəticə ilə hər iki kanoeçimiz birbaşa əsas finala yüksəlib. Mayın 3-də saat 13:07-də baş tutacaq həlledici yürüşdə onların rəqibləri Mark Olderşou (Kanada), Adil Mojallalimoğaddam Fumani (İran), Andrey Qanin (Rusiya), Yevgeni Şuklin (Litva), Aleksandr Kostoqlod (Rusiya), Yevgeni Myasnyankin (Litva) və Ronni Ratia (Venesuela) olacaq.
 
500 metr məsafəyə yürüşə gəldikdə, seçmə mərhələdə Demyanenko 1 dəqiqə 55,949 saniyə nəticə ilə 2-ci, Kraytor 1 dəqiqə 58,980 saniyə göstərici ilə 3-cü yeri tutaraq, birbaşa əsas finala çıxıblar. Mayın 3-də saat 15:40-da baş tutacaq həlledici yürüşdə onların rəqibləri Donqjin Şin (Cənubi Koreya), Sebastian Henniq (Almaniya), İlya Ştokalov (Rusiya), Leonid Tılş (Rusiya), Yan Vandrey (Almaniya), Pavel Rusu (Moldova) və Ruslan Muratov (Qazaxıstan) olacaq.
 
Bezuqlıy – Prokopenko dueti 200 metr məsafəyə seçmə yürüşdə finişə 42,510 saniyəyə 3-cü çatıb və birbaşa əsas finala yüksəlib. Mayın 3-də saat 13:29-da keçiriləcək həlledici yürüşdə onların rəqibləri Conatan Tafra – Alvaro Torres (Çili), Viktor Melantyev – Nikolay Lıpkin (Rusiya), Yevgeni İqnatov – Aleksandr Kostoqlod (Rusiya), Raymundas Labukas – Tomas Qadeykis (Litva), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Yaroslav Radon – Filip Dvorak (Çexiya), Erlon de Souza Silva – Ronilson Matias de Oliveyra (Braziliya), Vasili Kirila – Andrey Turtsan (Moldova) duetləri olacaq.
 
Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə yürüşdə birbaşa əsas finala qatılacaq. Rəqib qismində Pavel Petrov – Aleksey Bovdurets (Rusiya), Vladimir Petrov – Yevgeni Kovalenko (Qazaxıstan), Yaroslav Radon – Filip Dvorak (Çexiya), Vasili Kirila – Andrey Turtsan (Moldova), İqor Karqapolov – İldor Kayumov (Özbəkistan), Nelson Enrikes – Fortunato Pakavira (Anqola), Vladimir Çernışkov – İvan Kuznetsov (Rusiya), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan) duetləri mübarizəyə qatılacaqlar.
 
1000 metr məsafəyə yürüşlər isə artıq tamamlanıb. Bezuqlıy –Prokopenko dueti seçmə mərhələdə finişə 3 dəqiqə 50,802 saniyəyə çatıb. Azərbaycanlı cütlük yalnız rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin duetindən (3:49.141) geri qalıb. Bu nəticə kanoeçi duetimizin birbaşa əsas finala yüksəlməsi üçün yetərli olub. Həlledici yürüşdə isə Bezuqlıy – Prokopenko dueti 4-cü olub. Onlar finişə 4 dəqiqə 18,349 saniyəyə çatıblar. Qızıl və gümüş medalları rusiyalı Pavel Petrov – Aleksey Bovdurets (4:04.605) və Aleksey Korovaşkov – İlya Pervuxin (4:08.579) duetləri qazanıb. Bürünc medala isə çexiyalı Yaroslav Radon – Filip Dvorak (4:10.595) cütlüyü layiq görülüb.
 
1000 metr məsafəyə kayakçıların yarışında 4 nəfərlik qayıqla (K-4) birbaşa final yürüşündə iştirak edən Tamerlan Mustafayev – Amil Hüseynli – Aleksandr Piçugin – Yasin Əhmədov kvarteti finişə 3 dəqiqə 57,471 saniyəyə çatıb və 6 iştirakçı arasında sonuncu olub.
 
Kayakçılarımızın 500 metr məsafəyə yürüşünə gəldikdə, Tamerlan Mustafayev – Amil Hüseynli dueti 2 nəfərlik qayıqla (K-2) seçmə mərhələdə finişə 1 dəqiqə 49,199 saniyəyə 7-ci, yarımfinalda 1 dəqiqə 48,648 saniyəyə 5-ci çataraq, mübarizəni dayandırıb.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah