Akademik avarçəkənlərimiz Böyük Moskva Reqatasında
7 iyun 2012 12:52

İyunun 9-da Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə 51-ci Böyük Moskva Reqatası start götürəcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək ənənəvi yarışda Azərbaycan da təmsil olunacaq.
Məşqçi İlqar Tağıyevin rəhbərliyi altında Moskvaya 3 akademik avarçəkənimiz yollanacaq. Onlardan Aleksandr Qlotov kişilər arasında 1 nəfərlik qayıqla mübarizə aparacaq. Kamal Xanlarov – Fərid Saadov dueti isə 18 yaşlılar arasında 2 nəfərlik yüngül çəkili qayıqla yarışacaq.
Qeyd edək ki, Böyük Moskva Reqatası “Krılatskoe” Olimpiya Avarçəkmə Mərkəzində keçiriləcək.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti