Xanlar Fətiyev federasiya prezidenti seçildi
9 iyun 2012 14:12

Milli Məclisin deputatı Xanlar Fətiyev Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib. Azerisport.az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
Fətiyev bundan sonra səylərini Azərbaycanda üzgüçülük idman növünün inkişafına yönəldəcəyini bildirib.
Qeyd edək ki, Xanlar Fətiyev, həmçinin "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və Gəncə Regional Futbol Federasiyasının sədridi. (Trend)