Azərbaycan təmsilçisi Avropa çempionatında 6-cı yeri tutdu
11 iyun 2012 16:54

Sloveniyanın Bled şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı Boris Yotov təmsil edib.
16 yaşlı avarçəkənimiz seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 26,32 saniyəyə qət edərək, 2-ci yeri tutub. Bu nəticə ilə Yotov təsəlli yürüşünə vəsiqə qazanıb. Təmsilçimiz növbəti yürüşdə 7 dəqiqə 9, 35 saniyə nəticə ilə finişə birinci çatıb. Bununla da idmançımız əsas finala yüksəlib. Lakin o, həlledici yürüşdə 6 iştirakçı arasında sonuncu olub. Yotov finişə 7 dəqiqə 13,42 saniyəyə çatıb.
Qeyd edək ki, Boris Yotov ötən ilki Avropa çempionatında gümüş medal qazanmışdı.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti