Azərbaycan təmsilçisi yenə Avropanı fəth etdi
25 iyun 2012 02:32

Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında dördüncü dəfə Avropa çempionu olub. Azerisport.az xəbər verir ki, 29 yaşlı idmançımız növbəti uğuruna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən kayak və kanoe üzrə qitə çempionatında imza atıb.
V.Demyanenko birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 38,752 saniyə nəticə ilə birinci yeri tutub. Gümüş medalı ispaniyalı Alfonso Benavides (38,968), bürünc medalı isə litvalı Yevgeni Şuklin (39,060) əldə edib.
V.Demyanenkonun bu uğuru sayəsində Azərbaycan millisi Avropa çempionatını bir qızıl medal ilə başa vurub.
Qeyd edək ki, V.Demyanenko əvvəllər üç dəfə - 2005, 2009, 2011-ci illərdə dünya çempionu, üç dəfə - 2009 və 2011-ci illərdə 200 metr və 500 metr məsafələrdə yürüşlərdə Avropa çempionu olmuşdu.