Azərbaycan çempionatı başa çatdı
5 iyul 2012 12:36
Şərur Olimpiya İdman Kompleksində üzgüçülük üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, üzgüçülüyün müxtəlif növləri üzrə yarışlarda 63 idmançı mübarizə aparıb.
Üzgüçülüyün 50 metrə brass növündə oğlanlar arasında Teymur Quliyev, qızlar arasında isə Cəmilə Əhmədova birinci yerlərə layiq görülüblər.
Üzgüçülüyün 100 metrə batterfley növündə yarışan qızlardan Əfsanə İsmayılova, oğlanlardan isə Zaur Arkoniya ölkə çempionu olublar.
Qarışıq üsulu ilə 100 metrə üzən oğlanlar arasında Boris Kirilov, qızlar arasında Yuliya Stisyuk fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Üzgüçülüyün 200 metrə sərbəst üsulu növündə isə Kamran Cəfərov çempion adını qazanıb.
Üç gün davam edən yarışlarda Naxçıvan Olimpiya İdman Kompleksinin idmançısı Şahin Qubadov üzgüçülüyün brass növündə mübarizədə üçüncü yeri tutub.