Prezident Su İdmanı Sarayı üçün 5 milyon manat ayırdı
30 avqust 2012 21:37

Prezident İlham Əliyev Bakı şəhərində Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncamda Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması qeyd olunub.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.