Millimiz dünya çempionatında çıxış edir
12 dekabr 2012 14:27

Azərbaycan üzgüçüləri İstanbulda Beynəlxaq Üzgüçülük Federasiyasının (FINA) himayəsi altında keçirilən qısa məsafədə üzgüçülük üzrə dünya çempionatında iştirak edirlər. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı bildirib.
Onun sözlərinə görə, Azərbaycandan çempionatda üçü kişi və biri qadın olmaqla 4 üzgüçü iştirak edir.
Azərbaycanlı üzgüçülər bu çempionat çərçivəsindəki bütün yarışlarda iştirak edəcəklər. (Trend)