Azərbaycan və Serbiyanın federasiyaları əməkdaşlıq edəcəklər
4 fevral 2013 19:08

Azərbaycan Su İdman Növləri Federasiyasının Baş katibi Fərid Bənənyarlının başçılıq etdiyi nümayəndə heyəti Serbiya və Macarıstanın Su İdman Növləri federasiyalarının rəhbərləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, bu barədə bazar ertəsi federasiyadan məlumat verilib.
Görüşdə tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər. Serbiya Federasiyası ilə su polosu sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bundan əvvəl FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) və LEN (Avropa İdmanın Su Növləri Federasiyası) Azərbaycan Su İdman Növləri Federasiyası ilə məşqçiılərin hazırlanması, iri tədbirlərin keçirilməsi üzrə əməkdaşlıqda hazır olduqlarını bəyan ediblər.