Sabah üzgüçülük üzrə qış çempionatı start götürəcək
27 fevral 2013 13:25
28 fevral - 3 mart 2013-cü il tarixlərdə Şağan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycanın qış çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda Bakı şəhərinin klub və cəmiyyətlərinin idmançıları, o cümlədən Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin idmançıları iştirak edəcəklər.
Yarışlarda ümumilikdə 60-dək yaxın idmançının iştirakı gözlənilir.
Yarışlar hər gün saat 11:00-dan 13:00-dək keçiriləcək.