Azərbaycan Gürcüstana da qalib gəldi (FOTOREPORTAJ)
9 may 2013 12:27

Mingəçevirdəki "Kür" İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpol üzrə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması ikinci qarşılaşmasında da qələbə qazanıb.
Bu dəfə idmançılarımız Gürcüstan yığmasını 13:11 (4:1, 2:2, 4:2, 3:6) hesabı ilə məğlub edib. Belarus yığması isə Rusiya idmançılarını 13:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ikinci turun oyunlarına başlamazdan əvvəl Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş əsgərlərin və əhalinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Xatırladaq ki, turnirin ilk turunda Azərbaycan millisi Belarus komandası ilə qarşılaşıb və gərgin mübarizə şəraitində keçən qarşılaşmada yığmamız 18:17 (2:4, 5:5, 4:3, 7:5) hesabı ilə qələbə qazanıb. Turun ikinci oyununda Moskva yığması Gürcüstanın gənclərdən ibarət komandasını 17:5 hesabı ilə məğlub edib.
Beləliklə də, ikinci turdan sonra turnirin cədvəli aşağıdakı kimidi:
1. Azərbaycan - 4 (vurulmuş və buraxılmış topların fərqi 31-28)
2. Belarus - 3 (30-25)
3. Moskva - 3 (24-18)
4. Gürcüstan - 0 (16-30)
Turnirin üçüncü turunda Belorus komandası gürcülərlə, Azərbaycan yığması isə moskvalılarla qarşılaşacaq.