Azərbaycan Prezident Cup turunirinin qalibi oldu
9 may 2013 16:45

Bu gün, mayin 9-da, Mingəçevirin “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə “Prezident Cup” beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan yarışda Azərbaycan və Belarus milli yığma komandaları, həmçinin Moskva komandası və Gürcüstan gənclər arasinda komandalar iştirak ediblər.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, son turun ilk oyunda Belarus yiğma komandasi Gürcüstan komandasi 17:9 hesab ilə meğlub edib. Son oyunda Azerbaycan yiğma komandasi gərgin mübarizədə Moskva komandasi 16:13 hesab ilə qalib gəlib.
Beləliklə, Azerbaycan yiğma komandasi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə “Prezident Cup” beynəlxalq turnirinin qalibi olub.
Turnirin cədvəli:
1.Azerbaycan – 6 (47-41)
2.Belarus – 4 (47-34)
3.Moskva – 2 (37-34)
4.Gürgüstan – 0 (25-47)