Yığmamızın üzvü AÇ-də 5-ci oldu
4 iyun 2013 01:55
İspaniyanın Sevilya şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı üç idmançı təmsil edib.
Final yarışında milli komandamızın üzvü, London Olimpiadasının iştirakçısı Aleksandr Aleksandrov 7 dəqiqə 56,79 saniyə göstərici ilə Avropa çempionatını beşinci pillədə başa vurub.