Valentin Demyanenko Avropa gümüşünü qazandı
16 iyun 2013 19:38

Azərbaycan kanoeçisi Valentin Demyanenko Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Azerisport.az xəbər veriri ki, Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finişə 41,726 saniyəyə çatıb.
O, qızıl medal qazanan litvalı Yevgeni Şuklindən cəmi 0,050 saniyə geri qalıb. Bürünc medala isə millimizin sabiq üzvü, hazırda Rusiya yığmasının şərəfini qoruyan Andrey Kraytor sahib olub.
Qeyd edək ki, Valentin Demyanenko 3 qat dünya və 4 qat Avropa çempionudur. O, əvvəlki iki Avropa çempionatında üst-üstə 3 qızıl medala sahib olub. (milli federasiyanın saytı)