Azərbaycan idmançısı AÇ-də bürünc medal qazandı
29 iyun 2013 18:56
Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, kanoeçimiz Aleksey Kupin yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Təmsilçimiz finişə 4 dəqiqə 1,778 saniyəyə çatıb. Ukraynalı Pavlo Altuxov 3 dəqiqə 57,274 saniyə nəticə ilə qızıl, macarıstanlı Kristof Xat isə 3 dəqiqə 58,302 saniyə göstərici ilə gümüş medala sahib olublar.
Qeyd edək ki, A.Kupin Avropa çempionatında 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. 18 yaşlı kanoeçimiz iyunun 30-da daha bir medal uğrunda mübarizə aparacaq. Bu məsafəyə yürüşdə kayakçımız Mirnazim Cavadov da finalda çıxış edəcək.