Azərbaycanı təmsil edən daha bir duet dünya çempionatının yarımfinalında
26 iyul 2013 18:15

Avstriyanın Lints şəhərindəki 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanı təmsil edən daha bir duet yarımfinala yüksəlib. Azerisport.az xəbər verir ki, təsəlli yürüşlərinə qatılan İvan Antov - Boris Yotov dueti ilk "3-lüy"ə düşməyi bacarıb.
Onlar 2 nəfərlik qoşa avarlı qayıqla (BM2x) 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 35,71 saniyə nəticə ilə 3-cü olublar.
İyulun 25-də isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yarışan İqor Luçiç - Luka Dordeviç dueti seçmə mərhələdə 2-ci olaraq birbaşa yarınfinala vəsiqə qazanıb.
İlk dəfə dünya çempionatı həyəcanı yaşayan Fərid Saadov isə 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1x) həm seçmə, həm də təsəlli yürüşündə sonuncu olduğundan E finalında (25-ci yer uğrunda) mübarizə aparmalı olacaq.
Qeyd edək ki, həm yarımfinal yürüşləri, həm də E finalı iyulun 27-də olacaq.