Aleksandr Aleksandrov 7-ci oldu
1 sentyabr 2013 16:34
Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatında 7-ci yeri tutub. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə B finalında (7 - 12-ci yerlər) 23 yaşlı idmançımız finişə 6 dəqiqə 52,49 saniyəyə çataraq, 1-ci olub. O, bolqarıstanlı Georgi Bojilov (6:53.81), israilli Dani Fridman (6:55.40), rusiyalı Artyom Kosov (6:57.97), isveçrəli Roman Röösli (6:58.81) və hindistanlı Savarn Sinqi (7:02.89) qabaqlamağı bacarıb.
Dünya çempionu adına isə əsas finalda finişə 6 dəqiqə 45,24 saniyəyə çatan çexiyalı Andrey Sinek nail olub. Kubalı Anxel Furnier Rodriges (6:48.91) gümüş, almaniyalı Marsel Hakker (6:49.39) bürünc medal qazanıb. Böyük britaniyalı Alan Kempbell (6:51.44) 4-cü, hollandiyalı Roel Braas (6:52.70) 5-ci, litvalı Mindauqas Qrişkonis (6:56.19) 6-cı yeri tutub.