Azərbaycan 78 ölkə arasında 15-ci oldu
2 sentyabr 2013 01:03

Azərbaycanın kayak və kanoe üzrə milli komandası Almaniyanın Duysburq şəhərindəki dünya çempionatını 1 medalla başa vurub. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qızıl medala sahib olan Valentin Demyanenko karyerasında 4-cü dəfə kanoe üzrə planetin ən güclüsü olduğunu sübuta yetirib.
2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Aleksey Kupin dueti də medala yaxın olub. Lakin onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.
Ümumiyyətlə, dünya çempionatında 78 ölkədən 956 idmançı mübarizə aparıb. Azərbaycanı 1 kayakçı və 6 kanoeçi təmsil edib. Cəmi 30 ölkənin medal qazandığı nüfuzlu yarışda millimiz medal əyarında 15-ci olub.
Kayakçı və kanoeçilərimizin dünya çempionatında iştirak etdikləri məsafələr və tutduqları yerləri təqdim edirik:
İDMANÇILAR
|
200
|
500
|
1000
|
5000
|
200 x 4 (estafet)
|
Kayak
|
|
|
|
|
|
Mirnazim Cavadov
|
25
|
17
|
|
|
|
Kanoe
|
|
|
|
|
|
Valentin Demyanenko
|
1
|
|
|
|
|
Sergey Bezuqlıy – Aleksey Kupin
|
10
|
5
|
|
|
|
Taras Matviyçuk – Aleksey Kupin
|
|
|
13
|
|
|
Mikola Matviyçuk
|
|
|
11
|
7
|
|
Anatoli Melnik
|
|
17
|
|
|
|
Aleksey Kupin – Anatoli Melnik – Mikola Matviyçuk – Taras Matviyçuk
|
|
|
|
|
5 (seçmə yürüşdə)
|
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti