Demyanenko Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı
1 sentyabr 2013 15:11
Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Azerisport.az xəbər verir ki, Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə həlledici mərhələdə iştirak hüququna yiyələnmişdi.
30 yaşlı təmsiçimiz əsas yürüşdə finişə 38, 462 saniyəlik göstərici ilə çataraq, 1-ci olub. Kanoeçimizin rəqibləri Tomas Simart (Fransa), Naoya Sakamoto (Yaponiya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), İvan Ştıl (Rusiya), Yevgeni Şuklin (Litva), Nivalter Santos Xesus (Braziliya), Elder Silva (Portuqaliya) və Aleksandr Maksimçuk (Ukrayna) olub.
Rusiya təmsilçisi ikinci, İspaniya idmançısı üçüncü olub.