Fotoreportaj|Video|На русском

Su idman növləri

Beynəlxalq Prezident Kuboku-2014 reqatasının qalibləri məlum oldu

21 aprel 2014 13:22
Mingəçevirdəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilmiş akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Prezident Kuboku-2014” reqatasının qalibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə və Gürcüstan müxtəlif yaş qrupları üzrə 150-dən çox idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə qalib adını ölkəmizin təmsilçiləri əldə ediblər.
Akademik avarçəkənlərin mübarizəsində diqqətlər daha çox 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Boris Yotovun çıxışlarına yönəlib. 18 yaşlı təmsilçimizin 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə final yürüşündə kifayət qədər güclü rəqibləri olub. Amma o, finişə 7 dəqiqə 53 saniyəyə çataraq, 23 yaşadək avarçəkənlər arasında dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarında 5-ci yeri tutmuş Aleksandr Aleksandrovu 7 saniyə, eləcə də bir çox beynəlxalq reqatanın qalibi Cavid Əfəndiyevi 21 saniyə, Gürcüstan təmsilçisi Arçil Bayaşvilini isə 42 saniyə qabaqlayıb. Bununla da Yotov birinci yeri tutaraq, olimpiada öncəsi ilk sınağından üzüağ çıxıb.
Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun zədə üzündən yoxluğunda diqqətlər London olimpiadasının finalçısı Sergey Bezuqlıya yönəlib. Bezuqlıy 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 41,22 saniyəyə çataraq, qalib olub. O, ən yaxın izləyicisi Aleksey Kupini 0,50 saniyə qabaqlayıb. Nikolay Matviyçuk isə finişə 42,4 saniyəyə çataraq, üçüncü yeri tutub. Təcrübəli kanoeçimiz daha bir medalı 500 metr məsafəyə yürüşdə əldə edib. O, həmin məsafəni 2 dəqiqə 7 saniyəyə qət edərək, üçüncü yeri tutub. Aleksey Kupin 2 dəqiqə 5 saniyə nəticə ilə birinci, Nikolay Matviyçuk 2 dəqiqə 6 saniyə göstərici ilə ikinci olub.
Amma 1000 metr məsafəyə yürüşdə Bezuqlıy finişə 4 dəqiqə 37 saniyəyə çataraq, 4-cü yeri tutub. Qalib adını 4 dəqiqə 15,33 saniyə nəticə ilə Tarak Matviyçuk qazanıb. Onun qardaşı Nikolay Matviyçuk cəmi 0,55 saniyə geri qalaraq, ikinci olub. Üçüncü yeri isə 4  dəqiqə 24 saniyə göstərici ilə Aleksey Kupin tutub. 
Kayakçıların mübarizəsinə isə Mirnazim Cavadov zədə üzündən qatılmayıb. 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə Aleksandr Piçugin 1 dəqiqə 54 saniyə nəticə ilə qalib olub. Türkiyəli Safa Köşe (1:57.57) ikinci, Tamerlan Mustafayev (1:57.98) üçüncü olub. Mustafayev 200 metr məsafəyə yürüşdə isə finişə 38 saniyəyə çataraq, qalib adını qazanıb. Amil Hüseynli (39,34) ikinci, gürcüstanlı Badri Kavelaşvili (39,67) üçüncü olub.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah