Fotoreportaj|Video|На русском

Su idman növləri

Mingəçevirdə Olimpiya kəndi tikilir

21 aprel 2014 11:28
Mingəçevir şəhərində Beynəlxaq “Prezident Kuboku-2014” reqatası keçirildi. Azerisport.az xəbər verir ki, reqatada yerli idmançılarla yanaşı, Türkiyə və Gürcüstan idmançıları da mübarizə aparıblar.
Yarışı Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov da izləyib. “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru və Azərbaycan Milli Avarçəkmə Federsasiyasının (AMAF) vitse-prezidenti Natiq Abbasov jurnalistlərə müsahibəsində 2015-ci il I Avropa Oyunlarında kayak və kanoe üzrə mübarizənin təşkil olunacağı mərkəzdə nəzərdə tutulan işlərdən və Oyunlara hazırlıqdan da danışıb:   
- Əvvəlcə “Prezident kuboku” haqda fikirlərinizi bildirərdiniz...
- Bu reqata ənənəvi olaraq 2008-ci ildən təşkil olunur. Hər il olduğu kimi, bu dəfə də yerli idmançılarla yanaşı, xarici ölkələrdən də turnirə qatılanlar var. Ötən illərdən fərqli, bu il Rusiya və Ukrayna yığmaları müəyyən səbəbləri görə “Prezident Kuboku”na qatıla bilmədilər. Ancaq Türkiyənin 12 nəfərdən ibarət gənclər yığması, Gürcüstandan isə 37 avarçəkən budəfəki reqatada qüvvəsini sınadı.
- Adətən bu turnir martda keçirilirdi. Ancaq bu dəfə 1 ay gec başladı. Buna nə səbəb oldu?
- Bildiyiniz kimi, 2015-ci il Avropa Oyunlarına hazırlıq mərhələsi başlayıb. Bununla əlaqədar federasiya rəhbərliyi bu dəfə turnirin aprel ayında keçirilməsini münasib bildi. Bəlkə də yarışın apreldə keçirilməsi daha yaxşı oldu. Çünki martdan fərqli, apreldə havalar daha xoş keçir.
- Avropa oyunlarında kayak və kanoe növü üzrə yarışlar ilk dəfə olaraq Mingəçevirdə keçiriləcək. Mötəbər turnirə hazırlıq necə gedir?
- Təbii ki, yeniliklər olacaq. Artıq Avropa Oyunları ilə əlaqədar Əməliyyat Komitəsi yaradılıb. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışır. Həmin mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onların rəhbərliyi ilə biz artıq hazırlıq mərhələsinə başlamışıq. Demək olar ki, hər gün həmin insanlarla təmasdayıq. Onlarla bir yerdə bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.
- Avropa Oyunlarında komandaları, qonaqları qarşılamaq və yerləşdirmək problem yaratmayacaq ki? Nəzərə almaq lazımdır ki, yarışlar paytaxtdan kənarda keçirilir...
- İnfrastrukturda çox böyük dəyişikliklər olacaq. Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün lazımi vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün kənardan tanınmış mütəxəssislər də dəvət olunub. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Artıq Mingəçevir Olimpiya Şəhərciyinin tikintisinə start verilib. Gələn ilin yazına tikinti işlərninin yekunlaşması planlaşdırılır. Həmin şəhərcikdə eyni anda 600 idmançı və məşqçini yerləşdirmək mümkün olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. Sizi inandırıram ki, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq.
- Gənclər və idman naziri Azad Rəhimovu yarışı izləyənlər arasında gördük...
- Bildiyiniz kimi, nazirimiz İsmayıllıda vətəndaşlarla görüşürdü. Sonra oradan bizim tədbirimizə dəvət olundu. Azad müəllim həm turniri izləyir, həm də Avropa Oyunlarının təşkilatı məsələləri ilə yaxından tanış olur.
- Eşitdiyimizə görə avarçəkmə üzrə paralimpiya komandası yaradılıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bəli, artıq bundan sonra avarçəkmə yarışlarında paralimpiyaçı idmançılarımız da olacaq. Azərbaycanda ilk dəfə olaraq akademik avarçəkmə və kayak üzrə komandamız fəaliyyət göstərəcək. Hazırda heyətdə 3 yerli idmançı var. Bununla bağlı komandaya güclü və tanınmış mütəxəssis Aleksandr Barabanov dəvət olunub. Həmin məşqçi vaxtilə AMAF-da və yığmada çalışıb. Sonra müəyyən səbəblərdən Rusiyaya yollanmışdı. Federasiya rəhbərliyi onu yenidən ölkəmizə dəvət etdi.
- Komandanın hansısa turnirdə iştirakı gözlənilir?
- Paralimpiya komandası yeni yaranıb. Bu komandanın yaradılması və idmançıların seçilməsi bir neçə ay davam etdi. Ona görə də, hazırda bütün diqqəti təlim-məşq toplanışlarına yönəltmişik. Yəqin ki, yaxın vaxtlarda hansı turnirdə iştirak edəcəyimiz bəlli olacaq.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah