Azərbaycan 2-ci oldu
7 may 2014 18:44
4-8 may 2014-cü il tarixlərdə Mingəçevir şəhərindəki “Kür” Olimpiya tədris-idman mərkəzinin bazasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş su polosu üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Rusiya, Belarus, Macarıstan, Gürcüstan və Azərbaycan komandalari iştirak edib.
Qeyd edək ki, Azərbaycan bu yarışa “Olympic” və “Azərbaycan 2” komandaları ilə qatılmışdı.
Mübarizə nəticəsində Macarıstan 1-ci, Azərbaycanın “Olimpic” komandası 2-ci, Gürcüstan 3-cü yerlərə layiq görüldülər.
Belarus, “Azərbaycan 2”, Özbəkistan digər yerləri bölüşdürdülər. (AGİN)