Yığmamız dünya çempionatına iki idmançı ilə yollandı
29 iyun 2011 14:14

İyunun 30-dan iyulun 7-nə kimi Malaziyanın Penang şəhərində ağır atletika üzrə gənclər arasında növbəti dünya birinciliyinə start veriləcək. Azerisport.az xəbər verir ki, uzun fasilədən sonra Xanlar Nəbiyevin rəhbərlik etdiyi komanda bu yarışa qatılmaq üçün sözügedən ölkəyə yola düşüb.
Komandamız iki idmançı - 85 kq çəki dərəcəsində Nailxan Nəbiyev və 94 kq çəki dərəcəsində Orxan Əliquluzadə ilə təmsil olunacaq. Gənc atletlərimiz Cəlil Abdullayev, Əşrəf Gülmalıyev və Ağazaman Əliyev hərbi xidmətdə olduqlarından bu yarışdan kənarda qalıb.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionu Nailxan Nəbiyev iyun ayının 4-də podiuma çıxacaq.