AGF Kubokunda ikinci gün gənc yunan-Romaçılar mübarizə aparır
Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.
İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparır.