Fotoreportaj|Video|На русском

Güləş

Bakıda Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib

11 iyun 2015 12:20

“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində iyunun 11-də “Qafqaz City Baku” otelində Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, yeni vəzifələrin müəyyən olunması istiqamətində bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov ev sahibliyinə görə Azərbaycana öz təşəkkürünü bildirib.

"Azərbaycan dünya idmanında yeni tarix yazmağa çox yaxındır. Belə ki, bir gün sonra tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Birinci Avropa Oyunlarında qitənin ən güclü güləşçiləri mübarizə aparacaq. Çox xoşbəxtəm ki, birinci Avropa Oyunlarının güləş yarışlarını canlı izləmək imkanım olacaq".

Tseno Tsenov deyib ki, Avropa qitəsi Dünya Güləş Birliyində mühüm rol oynayır. Belə ki, bu qitədən güclü güləşçilər mötəbər yarışların mükafatçıları sırasında yer alır. Məhz bu konfrans çərçivəsində qurulacaq əməkdaşlıqlar növbəti uğurlara töhfə verəcək və müvəffəqiyyətli nəticələrə gətirib çıxaracaq.

İyunda Bakının dünya idmanının mərkəzinə çevriləcəyini bildirən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.

Bildirib ki, birinci Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarda 6 mindən artıq atlet birincilik uğrunda mübarizə aparacaq. “Bakı-2015”in güləş yarışlarında qitənin ən güclü 450-dək pəhləvanı medallar uğrunda gücünü sınayacaq. Ümid edirəm ki, birinci Avropa Oyunları da əvvəllər ölkəmizdə təşkil olunan tədbirlər kimi yüksək səviyyədə keçiriləcək.

Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson birinci Avropa Oyunlarının güləşin inkişafına və kütləviləşməsinə göstərəcək təsirindən, Azərbaycan pəhləvanlarının beynəlxalq arenalarda qazandığı nailiyyətlərdən və ölkəmizin yüksək səviyyədə təşkilatçılıq bacarığından danışıb.

Sonra video bağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.

Konfransın gündəliyinə uyğun olaraq ötən il Finlandiyanın Vantaa şəhərində qəbul olunan protokol ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın yeni loqosunun, embleminin dəyişdirilməsi barədə müzakirələr aparılıb. Uzun müzakirələrdən sonra qurumun yeni loqosu və emblemi qəbul olunub.

Sonra Avropada güləşin inkişafı istiqamətində müzakirələr aparılıb və qarşıdakı illərdə Avropa qitəsində güləşin inkişaf proqramı təqdim olunub, 2016-cı ildə Avropa çempionatlarının keçiriləcəyi ölkələrin hazırladığı təqdimatlar izlənilib.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah