Sərbəst güləşçilərin mübarizəsi davam edir
24 iyun 2015 12:00
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıb.
İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.
55 kq
1/8 final - Sezgin Pismicoglu (TUR) - Əfqan Xaşalov
66 kq
1/16 final - Michael Bucher (SUİ) - Teymur Məmmədov
84 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Sargis Hosepyan (ARM)
120 kq
1/4 final - Səid Həmidov - Zəlimxan Xizriev (RUS)