Bu gün daha 4 güləşçimiz DÇ-də mübarizəyə qoşulur
12 avqust 2015 12:30
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.
Yarışların ilk günündə komandamız 1 gümüş medal qazanıb. 60 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib.
İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
55 kq
1/16 final - Murad Məmmədov - Maniş Maniş (İND)
66 kq
1/16 final - Yasin Yeter (GER) - Ruhin Mikayılov
84 kq
1/16 final - Victor Montero (VEN) - İslam Abbasov
120 kq
1/8 final - Satoşi Kayzuka (JPN) - Cavid Feyziyev