Fotoreportaj|Video|На русском

Güləş

Son gündə 3 qızıl medal və yeni tarix!

17 avqust 2015 11:00

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Sərbəst güləş yarışlarında ilk gün yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) bürünc medal qazanıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 3 qızıl medalla başa vurub.

55 kq-da mübarizə aparan Mahir Əmiraslanov Yaponiya, Rusiya və İrandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda güləşçimiz Hindistanlı rəqibinə də heç bir şans verməyib və Dünya çempionatının qızıl medalına sahib olub. 

66 kq-da yarışan Teymur Məmmədov da finala qədər maneəsiz irəliləyib. İspaniya, Türkiyə və ABŞ idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşıb. Bu görüşü də qələbə ilə başa vuran Teymur Dünya çempionatının qızıl medalına yiyələnib. 

120 kq çəkidə mübarizə aparan təmsilçimiz Səid Həmidov da finala qədər inamlı təsir bağışlayıb. Meksika, Polşa və ABŞ-dan olan rəqiblərinə qalib gələn güləşçimiz finala yüksəlib. Finalda İran idmançısı ilə keçirdiyi görüşdə də aşkar üstünlüklə qalib gələn Səid Həmidov Dünya çempionatının qızıl medalını qazanıb.

Beləliklə, sərbəst güləşçilərimiz Dünya çempionatını, ümumilikdə, 4 qızıl və 1 bürünc medalla başa vurub. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə, sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb. 

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.

55 kq
1/8 final - Mahir Əmiraslanov - Toşihiro Kasiqava (JPN) 3:2
1/4 final - Xasanhuseyn Badrudinov (RUS) - Mahir Əmiraslanov 2:11
1/2 final - Mahir Əmiraslanov - Mohammad Namjou Motlagh (İRİ) 4:2
FİNAL - Ravi Kumar (İND) - Mahir Əmiraslanov 0:10

 

66 kq
1/8 final - Teymur Məmmədov - Jonatan Alvarez (ESP) 11:1
1/4 final - Teymur Məmmədov - Enes Uslu (TUR) 10:0
1/2 final - Aaron Pico (USA) - Teymur Məmmədov 7:7*
FİNAL - Teymur Məmmədov - Yuhi Fujinami (JPN) 4:3

84 kq
1/16 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Mustafa Sessiz (TUR) 8:3
1/8 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Mojtaba Qoleij (İRİ) 1:11
Təsəlliverici görüş - İrakli Mtsituri (GEO) - Məhəmmədrəsul Qazıməhəmmədov 1:11
Təsəlliverici görüş - Məhəmmədrəsul Qazıməhəmmədov - Şota Şirai (JPN) 6:6*

120 kq
1/8 final - Maksmiliano Betanzo (MEX) - Səid Həmidov 0:10
1/4 final - Kamil Kosciulek (POL) - Səid Həmidov 2:11 (təmiz qələbə)
1/2 final - Nathan Butler (USA) - Səid Həmidov 1:5
FİNAL - Səid Həmidov - Amin Taheri (İRİ) 14:3

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah