Fotoreportaj|Video|На русском

Güləş

Gənc güləşçilərimiz gələcəyə ümidlidir

17 avqust 2015 13:45

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edib.

Ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında Dünya çempionatını ikinci sırada tamamlayıb. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb. 

Yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medala sahib olub. Sərbəst güləşçilərimiz Dünya çempionatını, 4 qızıl (Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq)) və 1 bürünc (Arif Hüseynov (50 kq)) medalla başa vurub.

Ümumiyyətlə, gənc güləşçilərimiz 2007-ci ildən bu yana qatıldıqları Dünya çempionatı yarışlarında ən çox sayda medal qazanmaqla güləş tariximizdə bir ilki reallaşdırıb. Belə ki, 2007-ci ildə 5, 2008-ci ildə 5, 2009-cu ildə 8, 2010-cu ildə 10, 2011-ci ildə 6, 2012-ci ildə 7, 2013-cü ildə 11 və 2014-cü ildə 12 medal qazanan gənc güləşçilərimiz, 2015-ci ildə bu medalların sayını 14-ə çatdırıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə ötən ilki nəticələrdən daha yaxşıdır.

Bundan başqa, gənc güləşçilərimizin 2007-ci ildən bu yana qatıldıqları Avropa çempionatlarının yekunlarına nəzər salsaq görərik ki, həmin il cəmi 3 medal qazananan gənclərimiz 2008 və 2009-cu illərdə 11, 2010-cu ildə 10, 2011-ci ildə 12, 2012-ci ildə 14, 2013-cü ildə 13, 2014-cü ildə isə 8 medala sahib olub.  Bu il isə, gənc güləşçilərimiz Avropa çempionatını  5 qızıl, 4 gümüş və 6 bürünc olmaqla, 15 medalla başa vurub. Bu, indiyə qədər qatıldıqları Avropa çempionatlarında gənc güləşçilərimizin medalların həm sayına, həm də əyarına görə qazandığı ən yüksək nəticədir.

Qarşıdan Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir. Bu gün gənclər arasında yarışlarda ölkəmizi təmsil edən yığma komanda üzvlərinin 2016-cı ildə Rioda mübarizə aparacaq yığma komandanın heyətində olmaq şansları böyükdür. Qazanılan nəticələr gələcəyə ümidlə baxmağımıza əsas verir. İnanırıq ki, bu gün gənclər arasında yarışlarda uğurla çıxış edərək, bayrağımızı yüksəldən, himnimizi səsləndirən bu pəhləvanlar qazandıqları uğurları, nailiyyətləri gələcəkdə də davam etdirəcək, bütövlükdə xalqımızı və bütün güləş həvəskarlarını sevindirəcəklər.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah